“Cavadovun oyununa baxmadan nəsə deyə bilmərik”

“Cavadovun oyununa baxmadan nəsə deyə bilmərik”
ÖLKƏ FUTBOLU 16 Yanvar 2017 / 15:12 6983
-  A +

Rusiyanın “Orenburq” klubunun prezidenti Vasili Stolıpin millimizin sabiq futbolçusu Vaqif Cavadovun bu komandaya keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın championat.com saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, Cavadovun nümayəndələri ilə danışıq aparmayıblar.

“Hazırda bizim komandada bir çox futbolçu baxışdadır. Vaqifin oyununa baxmadan, onun barəsində hər hansı fikir söyləyə bilmərəm” – deyə o bildirib.

Qeyd edək ki, qış fasiləsində “Sumqayıt”la yolları ayırıb. Hazırda klubsuz olan V.Cavadov verdiyi müsahibədə xarici klublardan birində oynaya biləcəyini söyləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın