Paraqvaylı futbolçu “Neftçi”də

Paraqvaylı futbolçu “Neftçi”də
XƏBƏR 16 Yanvar 2017 / 13:19 5240
-  A +

Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən “Neftçi”nin düşərgəsinə baxışa yeni futboçu cəlb edilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komanda ilə birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı hücumçu karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” kimi klubların şərəfini qoruyub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord