Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi

Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi
DÜNYA FUTBOLU 16 Yanvar 2017 / 11:05 2461
-  A +

Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səslərin 54.5 faizini toplayıb. "Real"ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33.9 faiz), "Köln"ün futbolçusu Yonas Hektor üçüncü (4 faiz) olub.

Qeyd edək ki,bu, Özilin 6 il ərzində 5-ci mükafatı olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı