Kosta qərarını verdi

Kosta qərarını verdi
XƏBƏR 15 Yanvar 2017 / 12:00 5749
-  A +

"Çelsi"nin futbolçusu Dieqo Kosta Çin klubu "Tianjin Quanjian"ın təklifini rədd edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı oyunçu ilinə 35 milyon avro qazanacağı təklifi müsbət cavablandırmayıb. O, London klubunda qalmağa qərar verib.

Qeyd edək ki, D.Kosta bu mövsüm 14 qol vurub, 5 qolun ötürməsini verib.

Xatırladaq ki, bundan əvvəl D.Kostanın baş məşqçi Antonio Konte ilə münasibətlərinin yaxşı olmadığı və bu səbəbdən klubdan ayrıla biləcəyi iddia edilirdi.


Son xəbərlər