Srna qərarını verdi – “Barselona”ya gedir?

Srna qərarını verdi –  “Barselona”ya gedir?
GÜNDƏM 14 Yanvar 2017 / 18:29 4876
-  A +

Adı “Barselona” ilə hallanan “Şaxtyor”un kapitanı Dario Srna Donetsk klubundan ayrılmayacağını  bildirib.

Qol.az-ın xəbərinə görə, xorvatiyalı müdafiəçi Ukrayna mətbuatına açıqlamasında qərarını belə izah edib:

“Qəlbimin səsini dinlədim və “Şaxtyor”da qalmağa qərar verdim. “Barselona”nın təklifi haqda danışmaq istəmirəm. Bu, peşəkarlıqdan uzaq olar. Önəmli olan mənim qərarımdır”.

2003-cü ildən Donetsk klubunda çıxış edən D.Srna 513 oyunda 49 qol vurub.

Qeyd edək ki, “Barselona” 34 yaşlı futbolçu üçün “Şaxtyor”a  rəsmi təklif göndərmişdi.

Daha çox


Son xəbərlər