Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı

Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı
GÜNDƏM 14 Yanvar 2017 / 22:00 13481
-  A +

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxıb.

Qol.az-ın xəbərinə görə, Portu təmsilçisi 17-ci turda Lissabonda lider “Benfika”nın qonağı olaub.

Oyuna yaxşı başlayan "Boavişta" 25 dəqiqəyə 3 qol vurub. Lakin qonaqlar bu üstünlüyünü qoruya bilməyib. Paytaxt təmsilçisi hesabı bərabərləşdirə bilib - 3:3. 

Start heyətdə meydana çıxan Kamran Ağayev matçın 75-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Emin Mahmudov isə ehtiyatda qalıb.

Qeyd edək ki, Kamran 2-ci qolu penaltidən buraxıb. Matçın 68-ci dəqiqəsində isə "Boavişta"nın futbolçusu Fabio Espino topu öz qapısına vuraraq avtoqol müəllifi olub.


Portuqaliya çempionatı

XVII tur

"Benfika" - "Boavişta" - 3:3
Qollar:
Yuri Medeyros, 14 (0:1), Lukad De Lima, 20 (0:2), Andre Şembri, 25 (0:3), Mitroğlu, 41 (3:1), Jonas, 52-pen. (3:2), Fabio Espinyo, 67-avtoqol (3:3)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı