“Qəbələ” kimi komandaya qalib gəldiyimizə sevinirik”

“Qəbələ” kimi komandaya qalib gəldiyimizə sevinirik”
ÖLKƏ FUTBOLU 14 Yanvar 2017 / 12:30 3478
-  A +

“Qəbələ” ilə oyuna müdafiədən başladıq. Xoşbəxtlikdən hücumda da yaxşı oynadıq və 2 qol vuraraq qalib gəldik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Albaniyanın “Partizani” klubunun futbolçusu Qezim Krasniki “Qəbələ” ilə yoxlama oyunundan sonra  deyib.
 
Albaniyalı  müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında qarşılaşmanı belə şərh edib: “Buraxılan qoldan sonra toparlana bildik. Düşünürəm ki, düzgün yoldayıq. Təlim-məşq toplanışının sonuna qədər istədiyimiz səviyyədə olacağıq. “Qəbələ” Azərbaycanda çempionluq uğrunda mübarizə aparır. Belə bir komandaya qalib gəldiyimiz üçün çox sevinirik”.
 
Qeyd edək ki, dünən keçirilən görüş Albaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər