Dəniz Yılmaz 90 dəqiqə oynadı, Ramilə yenə şans verilmədi

Dəniz Yılmaz 90 dəqiqə oynadı, Ramilə yenə şans verilmədi
GÜNDƏM 13 Yanvar 2017 / 23:00 3903
-  A +

Türkiyə superliqasında 17-ci tura start verilib.

Qol.az-ın məlumatına görə,  ölkə çempionatında 2017-ci ildə keçirilən ilk oyunda millimizin hücumçuları Ramil Şeydayevlə Dəniz Yılmazın komandaları – “Trabzonspor” və “Bursaspor” qarşılaşıb. Bu matçda Trabzon klubu 2:1 hesabı ilə qalib gəlib.

"Bursaspor" - "Trabzonspor" - 1:2
Qollar:
Yusuf Yazici, 12 (0:1), Uğur Demirok, 28 (0:2), Kubilay Kanatsizkus, 40 (1:2).

"Bursaspor"un hücumçusu D.Yılmaz 90 dəqiqə meydanda olub. "Trabzonspor"un futbolçusu R.Şeydayevin adı isə 18-liyə daxil edilməyib.

Qeyd edək ki, 17 turdan sonra "Bursaspor" 26 xalla 5-ci, "Trabzonspor" 21 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə isə "Başakşehir" (36 xal) başçılıq edir. "Beşiktaş" (35 xal) 2-ci, "Qalatasaray (33 xal) 3-cüdür.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın