"Bu oyun bizim üçün faydalı oldu" - Qriqorçuk

"Bu oyun bizim üçün faydalı oldu" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 13 Yanvar 2017 / 21:51 3395
-  A +

“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzduqları ilk yoxlama görüşündən sonra deyib.
 
O, komandasının sözügedən qarşılaşmada pis təsir bağışlamadığını bildirib:

“İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı