“Hər üç oyunda bəxtimiz gətirmədi” - Təbriz Həsənov

“Hər üç oyunda bəxtimiz gətirmədi” -  Təbriz Həsənov
GÜNDƏM 13 Yanvar 2017 / 18:20 2141
-  A +

19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində Slovakiyaya uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi komandasının uğursuz çıxışlarını bəxt amili ilə əlaqələndirib:

“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadır. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdır”.

Qeyd edək ki, bu məğlubiyyət millimizi qrup sonuncusu edib.

Daha çox


Son xəbərlər