“Kirill “Neftçi”yə pul qazanmaq üçün gedib” - klub prezidenti

“Kirill “Neftçi”yə pul qazanmaq üçün gedib” -  klub prezidenti
GÜNDƏM 13 Yanvar 2017 / 17:31 5820
-  A +

Ukraynanın “Olimpik” klubunun prezidenti Vladislav Qelzin futbolçuları Kirill Petrovun “Neftçi”yə keçməsindən danışıb.

Qol.az-ın xəbərinə görə, klub rəhbəri  yerli mətbuata açıqlamasında   ukraynalı yarımmüdafiəçinin “Neftçi”yə pul dalınca getdiyini bildirib:

“Onun gedişinə çox təsirləndim. Futbolda elə ayrılıqlar var ki, adamı üzür.  O, komanda üçün vacib oyunçulardan idi. Amma Kirill belə istədi. Ona yalnız uğurlar arzu edə bilərəm. Petrovun ailəsində bəzi problemlər var. Buna görə daha çox pul qazanacağı klubu seçdii. Kirill pula görə səviyyəsi Ukraynadan aşağı olan Azərbaycan çempionatını seçdi. Onu başa düşmək olar”.

Qeyd edək ki, Petrov  “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı