Futbolumuzu tarixə köçürən adam

Futbolumuzu tarixə köçürən adam
TARİXİN ŞƏKLİ 13 Yanvar 2017 / 12:38 5865
-  A +

Tarixin şəkli

Faiq Rəcəbli Azərbaycanın ən məşhur idman fotoqraflarından olub. 1950-ci illərdən başlayaraq, 60 və 70-ci illərdə Rəcəbli “Neftçi”nin iştirakı ilə keçirilən oyunlardakı yaddaqalan epizodları fotokamerasının yaddaşına, başqa sözlə, futbol tariximizə köçürüb...

Bu şəkildə isə artıq Faiq Rəcəbli özü tarixin yaddaşına həkk olunur. 1963-cü il, “Neftçi”nin oyunlarından biridi. Şəkildə soldan birinci şəxs məşhur uşaq futbol məşqçisi Ələkbər Cəfərovdu. Ortadakı Faiq Rəcəblidi. Başqa bir fotoqraf olan üçüncü şəxsin kimliyini isə, təəssüf ki, dəqiqləşdirmək mümkün olmadı.

Bu şəkildə Faiq Rəcəbli 40 yaşındadır.

O, 2012-ci ilin yanvarın 1-də, 89 yaşında dünyasını dəyişib.


Daha çox


Son xəbərlər