"Adanaspor" Reynaldonu istəyir - baş məşqçi açıqladı

"Adanaspor" Reynaldonu istəyir - baş məşqçi açıqladı
ÖLKƏ FUTBOLU 13 Yanvar 2017 / 10:11 8313
-  A +

Türkiyənin superliqası təmsilçisi "Adanaspor" "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istəyir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Leven Şahin məlumat verib:

"Mütləq bir hücumu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Klub rəhbərliyi bu transferi bitirmək istəyir. Bir problem yaransa, başqa namizədlərə baxacağıq".

"Adanaspor"un Ağdam klubuna braziliyalı oyunçu üçün təklif göndərdiyi bildirilib.

Qeyd edək ki, "Adanaspor" ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord