"Bayer"in futbolçusu Ömər Toprak mövsümün sonunda komandasından ayrılacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə türk futbolçu "Kicker"ə açıqlamasında özü məlumat verib.
Beş ildir Bundesliqa klubunda çıxış edən Türkiyə millisinin müdafiəçisi mövsümün sonunda Dortmund "Borussiya"sına keçə bilər.
Qeyd edək ki, 2011-ci ildə "Frayburq"dan "Bayer"ə transfer olunan 27 yaşlı futbolçu Bundesliqada 140 oyun keçirib.