Ruslan Abışov "Neftçi"də

Ruslan Abışov "Neftçi"də
ÖLKƏ FUTBOLU 12 Yanvar 2017 / 11:20 4162
-  A +

Milli komandamızın üzvü Ruslan Abışov karyerasını "Neftçi"də davam etdirəcək.

Bu barədə Qol.az-a açıqlamasında futbolçunun qardaşı və meneceri Sərxan Abışov məlumat verib.

Onun sözlərinə görə, Ruslan bu gün "Neftçi"nin düşərgəsinə qoşulacaq və müqavilə imzalayacaq.

Abışovun son klubu olan "İnter"lə mövsümün sonuna qədər müqaviləsi var idi.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2006-2012-ci illərdə də yetirməsi olduğu "Neftçi"də çıxış edib. Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"