"Qarabağ" günü tək məşqlə tamamladı

"Qarabağ" günü tək məşqlə tamamladı
XƏBƏR 12 Yanvar 2017 / 00:32 1566
-  A +

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlığın yeddinci günündə Qurban Qurbanovun komandası bir məşqlə kifayətlənib.

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, “Qarabağ”ın sabah üçün iki məşqi nəzərdə tutulub.

 


Son xəbərlər