UEFA-dan “Partizan”a ağır cəza

UEFA-dan “Partizan”a ağır cəza
XƏBƏR 11 Yanvar 2017 / 18:27 2792
-  A +

UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb.

Qol.az-ın Serbiya mətbuatına istinadən yaydığı xəbərə görə,  buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play" qaydalarını  pozmasıdır.

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak etməkdən məhrum edilib.

Qeyd edək ki, "Partizan" Avropa Liqasının 2012/2013 mövsümündə "Neftçi" ilə eyni qrupda mübarizə aparıb. Komandalar Avropa Liqasının 2014/2015 mövsümündə isə pley-off mərhələsində üz-üzə gəliblər. 

Daha çox


Son xəbərlər