Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qəbələ"nin Antalyada son sınağı

Yazarlar
 Kimə lazımdı “Birlik kuboku”?
Aydın BAĞIROV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə
qurtuldu...
Şakir YAQUBOV
 Stadionun yolunu tanımayan futbol azarkeşləri
Aqil Abbas
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
Təbriz komandasından 20 Yanvar şəhidlərinə ehtiram – Şəkillər
Top 5
Premyer Liqamızda qış transferləri - Yenilənir
"Qarabağ" bir oyunda uddu, digərində uduzdu
Prosineçki “Bursaspor”a keçir – şok iddia
Gündüz Abbaszadə İrəvanda – Tarixin şəkli
“Mənə Azərbaycanda yox, Qazaxıstanda yaxşıdır” – Stamenkoviç
Linklər
525ci Qəzet

“Neftçi” rəhbərliyinin büdcə yalanı
A A A

[11.01.2017]
“Neftçi” rəhbərliyinin büdcə yalanı

"Çıxıb açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur?"


Bu gün mətbuatda "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsini oxudum. Bildirir ki, yaxın keçmişdə "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb və o dönəmlə indikini müqayisə edə bilməzlər. Ta bu uğurlar təkrarlanmayana qədər. Əslində bura qədər hər şey yerində idi. Amma...

Orxan Hüseynzadə dərhal da vurğulayır ki, klubun o vaxtkı (yəni bizim “Neftçi”də çalışdığımız dövrdə) büdcəsi indikindən düz 6 (!) dəfə çox idi. Heyrət etməyə bilmirsən!

Həmin Orxan Hüseynzadənin söz açdığı dönəmdə “Neftçi” ardıcıl ölkə çempionluqları, kuboklar qazanıb, futbol tariximizdə ilk dəfə, Avropa Liqasının qrupuna düşüb. Həmin uğurların bu gün də təkrar olmasını ürəkdən istəyirik. Amma istəyin gerçəkləşməsi üçün iş də görmək lazımdır. 8 komandalı çempionatda 7-ci yerdə gedən komandanın rəhbərliyi özünü bizimlə deyil, ən yaxşı halda Gede vaxtında 8-ci yerlə və həmin dönəmin büdcəsi ilə müqayisə edə bilər. O vaxtda, elə indi də eyni havadarların "xeyir-duası" ilə "Neftçi"ni bu günə qoydular. Yoxsa demək istəyirlər ki, pulları olsaydı, indi Çempionlar Liqasının qrupunda idilər? Gedib, başbilənlərindən soruşsunlar ki, o büdcə ilə niyə 8-ci yerdə idilər.

Futbolu bilmək, işi bacarmaq lazımdır, 7-ci yerdə ola-ola havaya 6 dəfə asqırmaq yox...

Fikirimizi bildiririk, məsləhətlərimizi veririk. İstəyimiz ancaq "Neftçi"nin layiq olduğu yerdə olmasıdır. Bəs, “Neftçi” rəhbərliyində bu nə xofdur, yaranıb? Məqsədləri nədir? Bu mənasız açıqlamalarla elə sponsorlarını hədəfə alırlar. Həmin dönəmdə də, indi də eyni maliyyəçilər "Neftçi"yə nəzarət edirlər. Qoy, çıxıb onlar açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur? Niyə xalqı aldadırlar? Niyə demirlər ki, Sadıq Sadıqovun “Neftçi”nin prezidenti olduğu dönəmdə klub milyonlar qazanıb və Avroliqanın qrupuna düşdüyü üçün qazanılan milyonlar hansı müddətə "Neftçi"nin hesabına köçürülüb? İndiki rəhbərlik çox əziyyət çəkməsin, gedib elə öz havadarlarından soruşsun, onlar dəqiq cavab verəcəklər.

Biz "Neftçi"yə gəldiyimiz gündən ta sona qədər nə keçmişlə, nə maliyyə ilə bağlı heç bir  açıqlama vermədik. Çünki pul yox, uğur qazanmağa gəlmişdik. Şəffaflıqdan danışırlar, bu mövsüm transfer olunan 13-15 (!) legionerin qiymətlərini açıqlasınlar! Və onu da açıqlasınlar ki, bu legionerləri federasiyada əyləşən hansı "menecer"in xətti ilə gətirirlər. AFFA hara, klublara futbolçu gətirmək hara...


"Neftçi"nin istedadlı yetirmələrini didərgin salıb onlarla səviyyəsiz futbolçu transfer ediblər. Hanı bu klubun strategiyası, hanı klubun yeni yetirmələri? Biz heç vaxt çempionluqlar qazanaraq bir mövsümə 14-15 legionerdən istifadə etmədik. Qruplarda 19-21 yaşlı futbolçularımız çıxış edirdi. Ağıllı klub 15 legionerə verilən vəsaitə 5-6 səviyyəli futbolçu transfer edir və onların yanında öz istedadlı yetirmələrini oynadır. Necə ki, bizim dönəmdə belə idi...

İndikilər futbola 5-10 ildi gələn təsadüfi insanlardır. "Neftçi"ni tarixi uğurlara daşımaq üçün futbolun dərinliyini, incəliklərini bilmək lazımdı. Bunlar "Neftçi"ni elə nüfuzdan salıblar ki, rəhbərlərini tribunadan qovurlar.

"Neftçi" və ümumi futbol bizlərindi. İndi o klubun rəhbərliyində toplaşanlar çox cavan və futbolda təsadüfi, təcrübəsiz insanlardır. Və yalnız futbolda naşı adamlar bu cür ehtiyatsız, düşəncəsiz açıqlamaları ilə öz havadarlarını, rəhbərlərini "vura” bilərdilər.

Sonda “Netçi” rəhbərliyinə bir məsləhətim var: sələflərinizin səhvlərini təkrarlamayın! Meydanda məğlub olmağınız təbiidir, futbolu bilmirsiniz, heç olmasa 5-6 ay sizi "Neftçi"yə gətirən havadarlarınızı da məğlub etməyin.

Tahir SÜLEYMANOV

2925 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
 
 
 
  24.01.17
16:52
  "Qəbələ"nin heyəti açıqlandı
16:38
  “Həmişəlik “Barselona”da qalmaq istəyirəm” - Rakitiç
16:20
  “Problemimiz olmayacaq” – “Kəpəz”in futbolçusu
15:49
  “Prosineçki heç yerə getməyəcək”- Elxan Məmmədov
15:30
  Etopaz-da 12 canlı oyun
15:14
  “Qəbələ”yə qarşı rüşvət iddiası - klub rəsmisi fakt istəyir
14:50
  Talismandan əla qurtarış - Video
14:40
  "Azərbaycandakı insanların qəlbini qırmadan çıxış yolu axtarırıq"
14:00
  Superliqada növbəti baş məşqçi istefası
13:28
  Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını sabah ödəyəcək - Yenilənib
13:20
  Səmədov Şeydayevin Azərbaycanı seçməsindən danışdı
13:11
  "Barselona"dan Messiyə yeni müqavilə
12:45
  Hakimlərimiz 6 oyun idarə edəcəklər
12:30
  "Çelsi" qapıçı alır
11:34
  Premyer Liqamızda 2017-nin ilk oyunlarının vaxtı açıqlandı
11:09
  Prosineçki qərarını açıqladı: gedir, yoxsa qalır?
10:57
  "Qəbələ"nin Antalyada son sınağı
10:36
  “Formula-1”dən getdi
10:30
  Premyer Liqamızda qış transferləri - Yenilənir
10:15
  Ronaldo, Xames, Danilo oynamaya bilər
09:57
  "Prosineçki bugün AFFA prezidenti ilə görüşüb millidən getmək istədiyini açıqlayacaq"
01:35
  "Beşiktaş" 4 qolla qalib gəldi - Video
01:10
  "Borussiya"da yeni müqavilə
00:47
  Budaq Nəsirov 90 dəqiqə oynadı
00:30
  "Beşiktaş" liderliyə yüksəldi
00:15
  "Qəbələ"nin Antalya hazırlığı - Şəkillər
  23.01.17
22:33
  "Liverpul" hücumçusunu yenə icarəyə verdi
21:50
  Millimizin futbolçusu qovuldu
21:01
  "Prosineçki ilə danışıqlar aparırıq" - "Bursaspor" təsdiqlədi
20:40
  "Milan"dan yeni transfer
19:57
  "Səbail" Almaniya klubu ilə heç-heçə etdi
19:20
  Busketsin son durumu müəyyənləşdi
18:55
  Dario Frederiko "Kəpəz"ə qoşuldu
18:39
  AFFA-dan Prosineçki açıqlaması
18:19
  Prosineçki “Bursaspor”a keçir – şok iddia
18:02
  Droqba Avstraliya klubunda
17:26
  Millimizin sabiq üzvü Finlandiya klubunda
17:02
  "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm" - Arda
16:32
  Millimiz Türkiyəyə 22 futbolçu ilə getdi
16:20
  Mustafa Dənizli millimizin futbolçusunu çalışdıra bilər
15:56
  Gündüz Abbaszadə İrəvanda – Tarixin şəkli
15:27
  Kimə lazımdı “Birlik kuboku”?
15:18
  DÇ-2018-in püşkatması Kremldə
14:27
  "Roma" 87 illik rekordunu təkrarladı
14:00
  Etopaz-da 12 canlı oyun
13:28
  "Borussiya" 17 yaşlı hücumçu aldı
13:13
  Hakimlərimizin idarə edəcəyi oyunlar
12:48
  Vengerə ağır cəza gəlir
12:25
  "Qarabağ" qayıdır
12:15
  Ən çox kobudluq Neymara edilir
11:42
  “Birlik kuboku” ilə bağlı Azərbaycandan yaxşı təklif almışıq” - Vitali Mutko
11:34
  Bolqarıstan millisinin oyunçusu Azərbaycanda oynaya bilər
11:19
  "Real"dan Kurtua üçün 30 milyon avro
10:54
  "Seçimi Runi edəcək" - Mourinyo
10:11
  "Zirə" Bolqarıstan klubuna uduzdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore