"Azərbaycan millisi topa yaxşı nəzarət edir"

"Azərbaycan millisi topa yaxşı nəzarət edir"
XƏBƏR 11 Yanvar 2017 / 16:10 1988
-  A +

Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi  Aleksandr Kuznetsov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində millimizlə heç-heçə etdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

“Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik. Rəqibimizi yaxşı tanıyırdıq. Güclü komandadır, futbolçuların çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın