“Bakı” klubunun lider futbolçularından olmuş Jaba özünə yeni komanda tapıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, həvəskarlar liqasında yarışan “Gebzespor”la razılığa gəlib.
Qeyd edək ki, 35 yaşlı braziliyalı hücumçu son olaraq “Bakı”da klubun ağır dönəmində - 2014/15 mövsümündə çıxış edib. Bundan sonra o, Türkiyəyə qayıdaraq əvvəlcə “Kuşadasıspor”, sonra isə “Kurtuşluşspor”da çıxış edib. O, son iki iki klubda keçirdiyi ümumən 33 oyunda 25 qol vurub.