“Dünyanın mənim çəkimə diqqət etməsindən şoka düşmüşəm” - Ronaldo

“Dünyanın mənim çəkimə diqqət etməsindən şoka düşmüşəm” - Ronaldo
XƏBƏR 11 Yanvar 2017 / 14:33 3827
-  A +

Əfsanəvi braziliyalı futbolçu Ronaldo onun çəkisi ilə bağlı İngiltərə millisinin sabiq hücumçusu Maykl Oueinin etdiyi zarafata münasibət bildirib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbər görə, o bildirib ki, müasir dünyanın onun çəkisinə diqqət etməsindən şoka düşüb: “Düzü başa düşmürəm ki, bu, insanların nəyinə lazımdır”.

Ouenin zarafatını başqa bir braziliyalı futbolçu – Roberto Karlos da tənqid edib: “Belə zarafatları xoşlamıram. Ronaldo mənim dostumdur. Belə məsələlərdə fikir bildirəndə ehtiyatlı olmaq lazımdır. İnsanın bədən quruluşuna deyil, ürəyinə fikif verilməlidir. Ronaldonun qəlbi isə genişdir”.

Xatırladaq ki, bugünlərdə Uoen şəxsi Tvitter hesabında Ronaldo, Luiş Fiqu və Zinəddin Zidanla şəklini paylaşaraq yazıb: “Ronaldonu görənə qədər son vaxtlar kökəldiyimi düşünürdüm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord