Modriç 5-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçildi

Modriç 5-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçildi
XƏBƏR 11 Yanvar 2017 / 11:14 2032
-  A +

Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç ötən ilin ən yaxşısı seçilib. O, ekspertlər və keçmiş oyunçular arasında keçirilən sorğuda  rekord xal - 110 xal yığıb.

Bununla da , o, beşinci dəfə ölkəsinin ən yaxşı futbolçusu  seçilib.

Qeyd edək ki, L.Modriç ötən il "Real"la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.


Son xəbərlər