Ronaldo və Messinin səsi kimlərə getdi?

Ronaldo və Messinin səsi kimlərə getdi?
GÜNDƏM 10 Yanvar 2017 / 12:05 5043
-  A +

"The Best"in ilk qalibi Kriştiano Ronaldo (Portuqaliya, "Real") və finalçı Lionel Messinin (Argentina, "Barselona") dünyanın ən yaxşı futbolçusunun sorğusunda kimlərə səs verdiyi müəyyənləşib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo səslərini müvafiq ardıcıllıqla "Real"dakı komanda yoldaşları Qaret Beyl, Luka Modriç, Serxio Ramosa verib.

Ronaldo kimi Argentina millisinin kapitanı Messi də klublardakı komanda yoldaşlarına səs verib. Messi Luis Suaresi birinci , Neymarı ikinci , Andres İnyestanı üçüncü yerə layiq bilib.

Daha çox


Son xəbərlər