“Bir oyunla heç nə demək olmaz” - Elxan Abdullayev

“Bir oyunla heç nə demək olmaz” -  Elxan Abdullayev
ÖLKƏ FUTBOLU 9 Yanvar 2017 / 01:09 2956
-  A +

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Sivasspor”la yoxlama oyunundan (0:0) sonra fikirlərini klubun rəsmi saytına bildirib.

Qol.az xəbər verir ki, Abdullayev seleksiya işinin düzgün qurulduğunu qeyd edib:

“İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub.

Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord