“Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer
ÖLKƏ FUTBOLU 8 Yanvar 2017 / 16:00 9869
-  A +

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.
 
Dreksa “Neftçi”də 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Neftçi" Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), Kirill Petrov ("Olimpik", Ukrayna) və İqnasio Herreranı ("İrtış" Qazaxıstan) da heyətinə qatıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın