Pol Qaskoyna hücum edildi – xəstəxanalıq oldu

Pol Qaskoyna hücum edildi – xəstəxanalıq oldu
DÜNYA FUTBOLU 8 Yanvar 2017 / 11:41 3533
-  A +

İngiltərə millisinin sabiq futbolçusu Pol Qaskoyn Londondakı otellərdən birində naməlum şəxsin hücumuna məruz qalıb.

Qol.az-ın “The Mirror”a istinadən yaydığı xəbərə görə, 49 yaşlı Qaskoynu pilləkəndən itələyiblər. Nəticədə o başından zədə alıb. Xəstəxanaya çatdırılan eks futbolçuya 11 tikiş qoyulub.

Bildirilir ki, Qaskoyn hadisə zamanı sərxoş vəziyyətdə olub. Amma hücum edəni təxribata çəkməyib. Hazırda polis həmin şəxsin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, son illər Pol Qaskoyn alkoqolizmdən əziyyət çəkir.


Son xəbərlər