“Real” yeni tarixi rekordun bir addımlığında

“Real” yeni tarixi rekordun bir addımlığında
DÜNYA FUTBOLU 8 Yanvar 2017 / 02:00 6231
-  A +

İspaniyanın “Real” klubunun məğlubedilməz oyunlar seriyası davam edir.

Qol.az-ın xəbərinə görə, Madird təmsilçisi La Liqanın son turunda “Qranada”ya qalib gəlməklə (5:0) uğurlu seriyanı 39 oyuna çatdırıb.

Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın  2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekorda  şərik olub. “Real” son 39 oyunun 30-da qalib gəlib, 9-da heç-heçə edib.

Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).

Qeyd edək ki, “Real”ın növbəti matçı İspaniya kubokunda “Sevilya” ilə olacaq. Paytaxt klubu yanvarın 13-də səfərdə keçiriləcək bu görüşdə qalib gəlsə, İspaniya futbolu tarixində yeni rekorda imza atacaq


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı