“Onları mütləq Şəhidlər Xiyabanına aparırdıq” – Tarixin şəkli

“Onları mütləq Şəhidlər Xiyabanına aparırdıq” – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 7 Yanvar 2017 / 13:03 6652
-  A +

1995-ci il. Bakı, Şəhidlər Xiyabanı.

Həmin şəkildəkilərdən biri o dövrlərin FİFA referisi Tahir Süleymanovdur. Şəklin tarixçəsi barədə də elə o özü danışır:

“Ortada ağ saçlı belçikalı Aleksis Ponnetdir. O zaman UEFA Hakimlər Komitəsinin üzvü kimi AFFA Hakimlər Komitəsinin kuratorluğunu həyata keçirirdi. Zamanında məşhur hakimlərdən biri olub. Ponnet UEFA-nın "İnkişaf" layihəsinin təşkilində, məşqçi, hakimlər üçün seminarların keçirilməsində yaxından iştirak edirdi. Bu səbəbdən Bakıda idilər.

1990-cı illərdə AFFA-da olduğumuz dönəmdə qayda qoymuşduq. Futbol xətti ilə Azərbaycana gələnləri mütləq Şəhidlər Xiyabanına ziyarətə aparırdıq. Qarabağın işğalı, Xocalı soyqırımı haqqında ətraflı məlumat verirdik”.


Daha çox


Son xəbərlər