“Qarabağ”ın iki əfsanəsi. Hüseynov qardaşları – Tarixin şəkli

“Qarabağ”ın iki əfsanəsi. Hüseynov qardaşları – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 1 Yanvar 2017 / 11:24 9296
-  A +

Yaşar və Müşfiq Hüseynov qardaşları.

Onlar hər ikisi “Qarabağ” komandasının əfsanələri olub. Yaşar Müşfiqdən yaşca böyükdü. O, Ağdam klubunun yarımmüdafiəçisi (və uzun illər kapitanı), Müşfiq isə hücumçusu olub. 1980-ci illərdən başlayaraq hər ikisi “Qarabağ”ın şərəfini qoruyublar.

1990-cı illərdə, xüsusilə Ağdamın işğalından sonra, “Qarabağ”ın ən ağır dönəmlərində, pulsuz-parasız oynadığı vaxtlarda doğma komandalarına sadiq olublar, klubu tərk etməyiblər.

İndi onların hər ikisi “Qarabağ”da məşqçi kimi çalışır...
 
Şəkildə soldakı Müşfiq, sağdakı Yaşar Hüseynovdur.

Qeyd: Şəklin 1996 və ya 1997-ci ildə çəkildiyi güman olunur.


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı