"Neftçi" derbi matça itkilərlə çıxacaq

PREMYER LİQA 19 Fevral 2010 / 12:53 3302
-  A +

Unibank Premyer Liqanın XXII turunda “Şəfa” stadionunda “İnter”in qonağı olacaq “Neftçi” matçın hazırlıqlarını klubun bazasındakı meydançada davam etdirir. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, zədəli Tural Nərimanovla yanaşı, əsas heyətin dəyişməz üzvlərindən biri olan Taavi Rahn “bankirlər”ə qarşı görüşdə iştirak edə bilməyəcək. Belə ki, eston müdafiəçi “Xəzər Lənkəran”la oyunda 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb. Xatırladaq ki,  "İnter" - "Neftçi" matçı bazar günü saat 14:00-da baş tutacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı