“Qarabağ” dünya səviyyəli komandadır"

 “Qarabağ” dünya səviyyəli komandadır"
MÜSAHİBƏ 17 Dekabr 2016 / 20:59 6724
-  A +

Bakı "İnter"inin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 14-cü turunda "Qarabağ"la oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsən?

- Bilirdik ki, “Qarabağ”a qarşı oynamaq çətindir. Əlimizdən gələni etdik ki, komanda xal qazansın və bunu bacardıq.

- Heç-heçəni “İnter” üçün yaxşı nəticə sayırsan?

- Bu oyun üçün əlbəttə ki, hə. “Qarabağ” artıq dünya səviyyəli komandadır. Səfərdən xalla qayıtmağımız sevindirici haldır.

- Bu mövsüm “Qarabağ”ın məğlub edə bilmədiyi yeganə komandasınız...

- Bizim heyətdə yerli futbolçular üstünlük təşkil edir və əhval-ruhiyyəmiz çox yaxşıdır. Məncə, bunun nəticəsidir ki, hər oyuna qələbə üçün çıxırıq, vuruşuruq. İnşallah davamını da gətirmək lazımdır.

-Səlahət Ağayevin cəza səbəbi ilə yoxluğunda, bu gün start heyətdə meydana sən çıxdın və iki real epizodda komandanı qoldan xilas etdin...

- İstər Səlahət, istərsə də mən meydana çıxmağımın fərqi yoxdur. Əsas olan odur ki, komanda üçün əlimizdən gələni edək. Çünki buradan pul qazanırıq. Qazanılan bir xalda tək mənim yox, hər kəsin haqqı var.

- Orxan, 2016-cı ili özün üçün necə dəyərləndirirsən?

- Əvvəli “Xəzər Lənkəran”da başladı, sonu “İnter”də qutarır. İlin əvvəli pis başladı. Çünki “Xəzər Lənkəran” dağıldı. Sonra “İnter”ə gəldim. Şükürlər olsun ki, hər şey qaydasında gedir. Ümid edirəm ki, davamı da yaxşı olar.

- Azərbaycan çempionatının səviyyəsinin hal-hazırda necə olduğunu düşünürsən?

- Əvvəlki illərə baxdıqda, çempionatın səviyyəsi indi aşağıdır. Əvvəllər 12-14 komanda olurdusa, indi çempionatda 8 komanda çıxış edir. Fikrimcə, məlum səbəblərə görə belədir. Ümid edirəm ki, gələn mövsüm komandaların sayı artar. Nə qədər çox komanda olsa, bir o qədər yaxşıdır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı