"Qarabağ" qış çempionu oldu

"Qarabağ" qış çempionu oldu
PREMYER LİQA 17 Dekabr 2016 / 18:53 17459
-  A +

Topaz Premyer Liqasında 2016-cı ilin son turu keçirilib.

Qol.az-ın məlumatına görə, II dövrənin yekun turunun ilk oyunu Qəbələdə keçirilib.
 
Eyniadlı komanda “Kəpəz”i qəbul edib. Həftəarası kubokda AZAL üzərində doğma divarlar arasında çətin qələbə qazanan Roman Qriqoruçukun komandası bu dəfə də 3 xala sevinib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

“Sumqayıt” doğma divarlar arasında “Zirə”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

AZAL “Neftçi”ni məğlub edərək ilk qələbəsini qazanıb. 

İlin son, turun isə mərkəzi görüşü Suraxanıda keçirilib. “Qarabağ” doğma meydanda “İnter”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla da Ağdam klubu ikinci dövrəni lider kimi başa vurub.

Qeyd edək ki, üçüncü dövrəyə yanvarın 29-u start veriləcək.

17 dekabr

Topaz Premyer Liqası

XIV tur

17:00. "Qarabağ" - "İnter" - 0:0
Hakimlər:
Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
"Azersun Arena”

14:00. "Qəbələ" - "Kəpəz" - 2:1
Qol:
Filip Ozobiç, 23 (1:0), Tural Axundov, 78-pen. (1:1), Ruslan Qurbanov, 84-pen. (2:1)
Qırmızı vərəqə: Renan Silva, 83 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

16:00. "Sumqayıt" - "Zirə" - 1:0
Qol:
Mirabdulla Abbasov, 15
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena"

16:00. "Neftçi" - AZAL - 0:1
Qol:
David Canalidze, 79
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
"Dalğa Arena"


N Klublar O Q H M T-F X
1 Qarabağ 14 10 2 2 26-6 32
2 Qəbələ 14 9 4 1 30-7 31
3 İnter 14 6 7 1 21-12 25
4 Sumqayıt 14 4 5 5 13-18 17
5 Kəpəz 14 3 6 5 10-13 15
6 Zirə 14 4 3 7 11-15 15
7 Neftçi 14 3 0 11 9-30 9
8 AZAL 14 1 5 8 6-25 8

Bombardir

Baqali Dabo ("Qəbələ") - 7 qol

Filip Ozobiç ("Qəbələ") - 7 qol

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı