“Ömürlük əlil olmamaq üçün 27 yaşımda futboldan gedirəm”

“Ömürlük əlil olmamaq üçün 27 yaşımda futboldan gedirəm”
XƏBƏR 7 Dekabr 2016 / 16:04 6380
-  A +

Münhenqladbax “Borussiya”sının oyunçusu Alvaro Dominges futbolçu karyerasını başa vurduğunu elan edib.

Qol.az-ın xəbərinə görə, bu haqda o, şəxsi Tvitter hesabında məlumat verib. 27 yaşlı müdafiəçi belindəki problemlər səbəbindən belə addım atmaq məcburiyyətində qaldığını bildirib: “Son illər fiziki formam pis vəziyyətdə idi. Futbol oynamağa davam etməyim ona gətirib çıxardı ki, 2 dəfə əməliyyat olundum. Bu isə acı sonluqla bitdi. Ona görə də ömürlük əlil olmamaq üçün 27 yaşımda futbolu tərk etməli oluram”.

Qedy edək ki, Dominges “Borussiya”da son oyununu 2015-ci ilin noyabrın 7-də “İnqolştadt”a qarşı keçirib. Bu görüşdən sonra isə ispan futbolçu növbəti dəfə əməliyyat olunub və heyətə qayıda bilməyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı