“O mövqedə çox faydalı olur” – Luis Enrike Arda haqda

“O mövqedə çox faydalı olur” – Luis Enrike Arda haqda
GÜNDƏM 7 Dekabr 2016 / 15:30 12091
-  A +

“Barselona”nın baş məşqçisi Luis Enrike dünən Çempionlar Liqasının Münhenqladbax “Borussiya”sı ilə oyunda (4:0) 3 qol vuran və 1 qolun ötürməsini edən Arda Turanla bağlı danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçdan sonra keçirilən mətbuat konfransında o, türk futbolçu barədə müsbət fikirlər səsləndirib.

“Arda bu mövsüm bir neçə dəfə bizim qolla nəticələnən hücumlarımızda fəal iştirak edib. O, hücumun sol cinahında oynayanda komandaya çox faydalı olur” – deyə L.Enrike bildirib.

Daha çox


Son xəbərlər