“Qarabağ”dan 1 xal alsaq, kifayətdir” – “Fiorentina”nın futbolçusu

“Qarabağ”dan 1 xal alsaq, kifayətdir” –  “Fiorentina”nın futbolçusu
ÖLKƏ FUTBOLU 7 Dekabr 2016 / 14:27 4342
-  A +

“Bu oyun hər iki komanda üçün vacibdir. Qrupdan çıxmaq üçün “Qarabağ”dan 1 xal almağımız kifayətdir”.

Qol.az-ın  məlumatına görə, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesino Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyun haqda danışarkən  deyib.

Uruqvaylı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında Avropa Liqasının finalında oynamağı aruzladığını bildirib: “Fiorentina”nı titullarla tərk etmək istəyirəm. Bu mövsüm Avropa Liqasını qazanmaq əla olar. Daha sonra isə İngiltərə Premyer Liqasında oynamaq istəyirəm”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord