Messi ikinci oldu

Messi ikinci oldu
XƏBƏR 7 Dekabr 2016 / 10:52 4035
-  A +

"Barselona"nın hücumçusu Lionel Messi cari mövsüm Çempionlar Liqasında qollarının sayını 10-a çatdırıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu 10-cu qolu Çempionlar Liqasınnı qrup mərhələsinin sonuncu turunda dünən gecə keçirilən Mönhenqladbax “Borussiya”sı ilə oyunda vurub.
 
O, bununla da ÇL-in qrup mərhələsi tarixində 10 qol səddinə çatan ikinci futbolçu olub.

L.Messinin ÇL-də qrup mərhələrində ən çox qol vuran futbolçu olmaqdan 1 qol ayırıb.

Bu göstəridə rekord 11 qolla "Real"ın hücumçusu Kriştiano Ronaldoya məxsusdur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı