Mübariz Mənsimov derbi matçına mükafat ayırdı

Mübariz Mənsimov derbi matçına mükafat ayırdı
DÜNYA FUTBOLU 16 Fevral 2010 / 15:30 2638
-  A +

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov bu həftə İstanbulun «Beşiktaş» və «Qalatasaray» klubları arasında keçiriləcək derbi matçında qələbə qazanacağı təqdirdə «Qara qartal»ın üzvlərini mükafatlandıracaq. Qol.Az-ın «Fanatik» qəzetinə istinadən verdiyi məlumata görə, Mənsimov «Beşiktaş»ın əsas heyətinin hər bir üzvünə 25 min dollar verəcəyini vəd edib. «Beşiktaş»ın İdarə Heyəti isə qələbəyə görə hər bir futbolçuya 25 min türk lirəsi ayırıb. 
Xatırladaq ki, «Beşiktaş» - «Qalatarasaray» oyunu fevralın 21-də keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı