Ronaldo vergidən yayınıb? - "Real" açıqladı

Ronaldo vergidən yayınıb? - "Real" açıqladı
GÜNDƏM 7 Dekabr 2016 / 09:45 3039
-  A +

"Real" futbolçusu Kriştiano Ronaldonun vergidən yayındığı iddiaları ilə bağlı bəyanat yayıb.

Qol.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bəyanatda portuqaliyalı hücumçunun bütün vergiləri ödədiyi və heç bir vegidən yayınmaq hallarının olmadığı bildirilib.

Bəyanatda qeyd olunub ki, K.Ronaldo hər zaman nümunəvi hərəkətləri ilə seçilib.

Xatırladaq ki, K.Ronaldo İspaniya dövlətinə reklamlar əldə etdiyi gəlirdən az vergi ödəmək üçün Vircin adalarındakı ofşor şirkətlərin xidmətindən istifadə etdiyi iddia olunurdu. Konkret olaraq, onun “Tollin” adlı ofşor şirkət vasitəsi ilə İspaniyadan 74.8 milyon avro çıxardığı və bu məbləğdən onun çox az vergi verdiyi bildirilmişdi.

Daha çox


Son xəbərlər