Qvardiola: “O jurnalist yalançıdır”

Qvardiola: “O jurnalist yalançıdır”
XƏBƏR 7 Dekabr 2016 / 00:08 2557
-  A +

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Arsenal”ın hücumçusu Aleksis Sançessin mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis çilili futbolçu ilə maraqlanmadıqlarını qeyd edib:

“Bu, doğru məlumat deyil. O jurnalist yalançıdır. Sançes dünyadakı istənilən komandaya uyğun gəlir. Lakin biz onun transferi barədə düşünmürük”.

Qeyd edək ki, daha əvvəl Çilinin “El Mercurio” nəşri Qvardiolanın Sançeslə görüşdüyünü və onu “Mançester Siti”də görmək istədiyini yazıb.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı