"Qızıl top"u Ronaldo qazanıb - iddia

"Qızıl top"u Ronaldo qazanıb -  iddia
XƏBƏR 6 Dekabr 2016 / 18:04 8583
-  A +

İspaniyanın məşhur  “Mundo Deportivo”  qəzeti “Qızıl top” mükafatının qalibinin bəlli olduğunu yazıb.

Qol.az-ın məlumatına görə, xəbərdə qeyd edilib ki,  “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayıb.

Qalibin mükafatlandırılma mərasimi dekabrın 12-də keçiriləcək. Ancaq Ronaldo artıq "Qızıl top"u qazanması haqda məlumatlandırılıb.

Qeyd edək ki, "Qızıl top"a namizədlər arasında Ronaldo ilə yanaşı Lionel Messi və Antuan Qrizmann da var.

Son xəbərlər