AFFA-dan irqçiliyə görə - 7 oyunluq cəza

AFFA-dan irqçiliyə görə - 7 oyunluq cəza
ÖLKƏ FUTBOLU 6 Dekabr 2016 / 13:55 3588
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin bəzi oyunlarındakı qayda pozuntuları ilə bağlı qərar verilib.

“İnter” – “Qaradağ Lökbatan” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.

“Qəbələ” – “Zaqatala” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

 “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ”a xəbərdarlıq elan olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord