"Beşiktaş" azarkeşlərinə Kiyevdə hücum

"Beşiktaş" azarkeşlərinə Kiyevdə hücum
XƏBƏR 6 Dekabr 2016 / 13:32 2927
-  A +

Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Ukraynanın Kiyev şəhərində xoşagəlməz halla üzləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq İstanbul klubunun fanatlarına  paytaxt kafelərinin birində yerli azarkeşlər tərəfindən hücum edilib.

Dava zamanı türk azarkeşlərdən birinin barmağı qırılıb. Polisin müdaxiləsindən sonra ukraynalı azarkeşlər hadisə yerindən qaçıb. Yaralanan türk azarkeş isə xəstəxanaya aparılıb.

Qeyd edək ki, bu gün "Olimpiyski" stadionunda keçiriləcək "Dinamo" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər