Baş məşqçisi Kamranın səhvindən danışdı

Baş məşqçisi Kamranın səhvindən danışdı
GÜNDƏM 6 Dekabr 2016 / 12:31 6428
-  A +

"Boavişta"nın baş məşqçisi Migel Lil qapıçıları Kamran Ağayevin Portuqaliya çempionatının 12-ci turunda "Pasuş de Ferreyra" ilə oyundakı (1:2) çıxışını dəyərləndirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı  xəbərə görə, o bildirib ki, rəqib komandanın vurduğu ilk qolda K.Ağayevin kobud səhvi olub:

"Kamranın səhvinin zədəsi ilə bağlı olduğunu düşünmürəm. Sadəcə o, həmin an düzgün qərar verə bilmədi. Onu da nəzərə alın ki, Kamranın oynayıb-oynamayacağı sual altında idi. Lakin çox çalışdı və komandasına kömək etmək üçün meydana çıxdı. Bizi bir neçə vəziyyətdə xilas da etdi".

Daha çox


Son xəbərlər