"Bakıya qələbə dalınca gedirik" - "Fiorentina"nın futbolçusu

"Bakıya qələbə dalınca gedirik" -  "Fiorentina"nın futbolçusu
ÖLKƏ FUTBOLU 6 Dekabr 2016 / 11:44 3505
-  A +

“Bizi çox vacib oyun gözləyir. “Qarabağ”la qarşılaşma çox önəmlidir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeski İtaliya mətbuatına açıqlamasında deyib.

Florensiya təmsilçisi Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.
İtaliya millisinin üzvü oyun öncəsi iddialı danışıb: “Bu matç qrupda 1-ci yerin taleyinə aydınlıq gətirməlidir. Qrupu lider kimi başa vurmaq istəyirik.  PAOK-a 90+3-cü dəqiqədə buraxılan qolla məğlub olduq. Bu məğlubiyyətin təsadüf olduğunu təsdiqləyəcəyik. Azərbaycana qələbə dalınca gedirik. Çünki  qrupda 1-ci olmalıyıq”.

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı