Levandovski yeni müqavilə imzalayır

Levandovski yeni müqavilə imzalayır
DÜNYA FUTBOLU 5 Dekabr 2016 / 15:34 2378
-  A +

"Bavariya" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalamaq üzrədir.

Qol.az-ın "Kicker"ə istinadən yaydığı xəbərə görə,  bu barədə polşalı hücumçunun meneceri Mark Bartel məlumat verib.

R.Levandovski ilə "Bavariya"nın bu ay müqavilə imzalayacağı gözlənilir. Yeni müqavilə ilə o, ilinə 12 milyon avro qazanacaq. Bununla da R.Levandovski Münhen klubunda ən yüksək maaş alan oyunçulardan biri olacaq. Komandanın kapitanı Tomas Müller də ilin 15 milyon avro qazanır.

Qeyd edək ki, R.Levandovski ilə "Real"ın maraqlandığı iddia edilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı