"Ancaq "Qarabağ"la oyunu düşünürük"

"Ancaq "Qarabağ"la oyunu düşünürük"
ÖLKƏ FUTBOLU 5 Dekabr 2016 / 11:52 6091
-  A +

"Fiorentina"nın sahibi Andrea Della Valle Avropa Liqasında "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hazırda ancaq Ağdam klubu ilə oyunu düşündüklərini deyib:

"Qrup mərhələsini 1-ci pillədə tamamlamaq üçün bizə 1 xal da kifayətdir. Bu, bizim üçün çox vacibdir. Qrup 1-cisi kimi qrupu başa vursaq, böyük uğur olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" görüşü dekabrın 8-i saat Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı