“Liverpul” 3:1 udduğu oyunu uduzdu

“Liverpul” 3:1 udduğu oyunu uduzdu
DÜNYA FUTBOLU 4 Dekabr 2016 / 19:46 4540
-  A +

Bu gün İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam etdirilib.

Qol.az-ın xəbərinə görə, çempionluq uğrunda yarışan “Liverpul” bu turda üç mühüm xal itirib. “Bornmut”la səfər matçında Yurgen Kloppun komandası hesabda iki dəfə iki top fərqi ilə irəlidə olsa da, qələbəni əldən verib.

“Bornmut” – “Liverpul” – 4:3
Qollar:
Mane, 20 (0:1), Oriqi, 22 (0:2), Uilson, 56-pen. (2:1), Emre Can, 64 (1:3), Freyzer, 76 (2:3), Kuk, 78 (3:3), Ake, 90+3 (4:3)

14 turdan sonra “Liverpul” 30 xalla 3-cü yeri tutur. “Çelsi” 34 xalla 1-ci, “Arsenal” 31 xalla 2-ci, “Liverpul”u məğlub edən “Bornmut” 18 xalla 10-cu pillədə qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord