“El-Klassiko”da tərbiyəsizlik

“El-Klassiko”da tərbiyəsizlik
DÜNYA FUTBOLU 4 Dekabr 2016 / 11:03 15257
-  A +

Dünən La Liqada keçirilən “Barselona” – “Real” oyunu (1:1) zamanı kataloniyalı azarkeşləri qəzəbləndirəcək hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, 90-cı dəqiqədə vurduqları cavab qolundan sonra “Real”ın futbolçusu Dani Karvahal yerli azarkeşlərə orta barmağını göstərib.

Matçdan sonra futbolçu etdiyi ədəbsiz hərəkətə görə üzr istəyib. O, Tvitter hesabında “Barselona”lı azarkeşlərdən üzr istəyib. “Belə hərəkət etməməliydim” – deyə Karvahal qeyd edib.


Son xəbərlər