Fransa Liqasında qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı

Fransa Liqasında qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı
DÜNYA FUTBOLU 4 Dekabr 2016 / 02:00 3904
-  A +

Fransa Liqasının 16-cı turunda keçirilən “Mets” – “Lion” oyunu yarımçıq dayandırılıb.

Qol.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin meydançaya yad əşyalar atması olub.

Görüşün 30-cu dəqiqəsində qonaqların zədələnən qapıçısı Antoni Lopezə tibbi yardım göstərilərkən yerli azarkeşlər həkimlər və qapıçıya tərəf partlayıcı maddə atıb. Həkimlərdən biri və qapıçı xəsarət alıb. Buna görə də hakim oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, təxirə salınan oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə olub.

Son xəbərlər