"Kapitan meydanda olmayanda..." – Qurban Qurbanov

"Kapitan meydanda olmayanda..." –  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 3 Dekabr 2016 / 19:45 4715
-  A +

"Futbolçular normal oynadı. İkinci hissədə rəqib mübarizə apara bilmədi. İlk dəqiqələr bizim üçün çətin oldu. "Səbail"ə uğurlar arzulayıram".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 finalında "Səbail"lə oyundan (5:0) sonra deyib.

O, futbolçularının "Səbail"lə oyunda "Fiorentina" ilə matçı fikirləşib-fikirləşmədiyi ilə bağlı sualı belə cavablandırıb:

"Düzü, mənim yadımdan çıxmadı. Çalışdım ki, futbolçular fikirlərini "Səbail"lə oyuna yönəltsilər. İstər-istəməz "Fiorentina" ilə oyun barədə düşünürsən. Amma oyuna tam fərqli hazırlaşacağıq. Bütün futbolçularımın hazırlığı eyni səviyyədə olmalıdı".
 
"Qarabağ"ın baş məşqçisi kubokun 1/4 finalında qarşılaşacaqları "Sumqayıt"la oyun barədə də danışıb:

"Sumqayıt"a qarşı oyunlarımız ağır olub. Fərqli sistemdə çıxış edirlər, istəklidirlər. Hələ ki, bu gündən başlayaraq, "Fiorentina" ilə oyuna hazırlaşacağıq".
 
Q.Qurbanov komandanın zədəli futbolçusu Rəşad Sadıqovun son durumu haqda məlumat verib:

"Həkimlərin qərarından sonra düşünəcəyik. Hakimlər əmin olmasa, Rəşad "Fiorentina" ilə görüşdə oynamayacaq. Rəşadsız oynadığınız zaman komandada psixoloji gərginlik yarandığını deməzdim. Kapitan meydanda olmayanda bəzən futbolçularda özünəinam daha çox olur. Hansısa futbolçunun oynamaması məşqçiyə problem yaradır. Hamı istəyir ki, Rəşad meydanda olsun. Hamı bunu gözləyir, istəyir".
 

Daha çox


Son xəbərlər